Rafael Nadal İspaniya millisinin Avro-2024-dəki qələbəsini şərh edib.
İspan tennisçi həmçinin Karlos Alkarasın dördüncü “Böyük Dəbilqə” çempionluğunu da yaddan çıxarmayıb.
“Bu gün idmanı sevən hamımız üçün heyrətamiz bir gün oldu. O, bütün ölkəni ehtiras və həyacanlı anları ilə birləşdirdi. Karlos “Uimbldon”da qalib gəldi, dördüncü “Böyük Dəbilqə” titulunu qazandı. Ümid edirəm ki, çempionluqlar daha çox olacaq. Futbolda isə ölkəmizin əsas idman növündə millətimiz baş verənlərə çox sevindi. Ən yaxşı oynayan komanda qalib gəldi. Bu, həmişə belə olmur. Amma bu, futbolda yaşana biləcək ən yaxşı şeydir. İspaniya millisi mükəmməl bir Avropa çempionatı keçirdi. Onları təbrik edirəm”, – deyə tennisçi bildirib.