Qazaxıstan qran-prisi 2024-cü il MotoGP təqvimindən çıxarılıb. Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb. Təqvimdən çıxarılmanın səbəbi regionda daşqın nəticəsində yaranan logistik problemlərdir.
Xatırladaq ki, Qazaxıstandakı mərhələ 2023-cü ildə “Sokol” trassında keçirilməli idi. Lakin trass vaxtında hazır olunmadığına görə yarış ləğv edilmişdi. Bundan sonra qran-pri 2024-cü il mövsümünün təqviminə daxil edilsə də, bu dəfə daşqına görə keçirilmədi.
Çempionatın mətbuat xidmətinin bəyanatına əsasən, Qazaxıstanın əvəzinə Emiliya-Romanya qran-prisi baş tutacaq. Mərhələ eyni tarixlərdə (20-22 sentyabr) İtaliyada yerləşən Mizano beynəlxalq avtodromunda keçiriləcək.