“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin transferini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb.

O, bunun “Neftçi” üçün əla transfer olduğunu söyləyib: “Çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

Qeyd edək ki, Ramil Şeydayev “Neftçi” ilə 3 illik müqavilə bağlayıb.

Shares: