İngiltərə millisində baş məşqçi Qaret Sautqeyt ilə yollar ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Sautqeyt 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edirdi. Onun rəhbərliyi altında ingilislər son iki Avropa çempionatında finala qədər irəliləyiblər.

İngiltərə yığması AÇ-2024-ün finalında İspaniyaya uduzub – 1:2. İngilislər AÇ-2020-nin finalında da İtaliyaya penaltilərlə məğlub olmuşdular.

Sautqeytin yerinə əsas namizəd “Nyukasl”ın baş məşqçisi Eddi Houdur.

Shares: