“Turan Tovuz” Luis Paçu ilə vidalaşır. Komandanın yeni baş məşqçisi Kurban Berdıyev brazilyalı hücumçudan imtina etməyi qərara alıb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin seçimi klubu çətin vəziyyətə salıb. Çünki 28 yaşlı oyunçunun klubla müqaviləsi var. Müqaviləyə qarşılıqlı razılıqla xitam verməyən oyunçu kompensasiya tələb edir.
Tovuzlular futbolçunu heç bir məbləğ tələb etmədən buraxmağa razıdır. Amma Paçunu heyətinə qatmaq istəyən “Zirə” yalnız aylıq 5 min dollar maaş vermək niyyətindədir. Braziliyalı “Turan Tovuz”da bunun iki qatını qazandığından, keçidə müsbət yanaşmır. Qərblilər çatmayan məbləği – təxminən 50 min dolları – təzminat kimi ödəyərək ziyanı yarılamağı düşünür. Belə olarsa, Paçu qəsəbə təmsilçisinə keçəcək.