“Real” yeni transferi Kilian Mbappe ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb.

Futbolinfo.az xəbər verir Mbappe “Real”da 9 nömrəli formanı geyinəcə. Klub bu gün “Santyaqo Bernabeu” stadionunda fransalı forvard üçün təntənəli təqdimat mərasimi keçirib.

Xatırladaq ki, iyunun 3-də “Real” Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib. Onunla 5 illik razılaşmanın əldə olunduğu bildirilmişdi.

Bundan sonra mətbuatda hücumçunun maaşının illik 30 milyon avro olacağı, vurduğu qollara görə bonus alacağı və  müqaviləsində 1 milyard avroluq təzminat bəndinin olacağı barədə məlumatlar yayılmışdı.

201191 zsh5m4ii2q - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp