Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün sponsoru açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, qarşıdakı mövsümdə də çempionata “Misli” sponsorluq edəcək. Bu haqda çempionatın püşkatma mərasimində Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Sənan Abdullayev məlumat verib.

O bildirib ki, tezliklə tərəflər rəsmi müqaviləyə imza atacaqlar: “İlkin danışıqlar olub, “Misli” ilə razılıq əldə olunub. Yalnız imzanın atılması qalıb”.

Shares: