Meyson Qrinvudin Marselə köçməsi an məsələsidir. “Olimpik” ingiltərəli yarımmüdafiəçi ilə müqavilənin bütün detallarını razılaşdırıb.
Futbolinfo.az xəbər ki, şəxsi müqavilədə razılıq əldə olunduqdan sonra “Mançester Yunayted”lə anlaşmaq lazımdır. İngiltərə klubu ilə bağlılığı davam edən oyunçu üçün 25 milyon avro ödəmək lazım gələcək.
Ötən mövsümü “Xetafe”də icarədə keçirən futbolçunun yenidən eyni şərtlərlə Fransaya üz tutması mümkünsüzdür. Çünki onun “qırmızı şeytanlar”la bağlılığı gələn yay başa çatır. Mançesterlilər onu azad agent kimi itirməmək üçün indi satmağı planlayır.