Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz altıncı matçında İsveçrə yığması ilə qarşılaşıb.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda təşkil olunan görüş İsveçrə seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
15 xalla qrupu birinci pillədə başa vuran İsveçrə yığması A Liqasına yüksəlib. 4 xalla dördüncü yeri tutan Azərbaycan milli komandası isə növbəti mövsüm C Liqasında mübarizə aparacaq.