“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klub saytına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışının son günündə “Slaven” (1:0) və “Şabab Əl-Əhli”yə (5:2) qarşı yoxlama oyunları, həmçinin hazırlıq prosesini dəyərləndirib:

“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Şabab Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.

Shares: