Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 matç keçirilib. 

“Qarabağ”ın potensial rəqibləri – “Linkoln” və “Hamrun”un oyunu penaltilərə qədər uzanıb. Burda 5:4 hesabı ilə qalib gələn “Linkoln” “Qarabağ”ın 2-ci mərhələdəki rəqibi olub.

Mərhələyə iyulun 17-də yekun vurulacaq.

Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları

16 iyul

“Balkani” – “Santa Koloma” 1:2 (penaltilər 5:6)
İlk oyun – 2:1

HJK – “Panevejis” 1:1
İlk oyun – 0:3

“Linkoln” – “Hamrun” 0:1 (penaltilər 5:4)
İlk oyun – 1:0

“Pünik” – “Dinamo” (Minsk) 0:1
İlk oyun – 0:0

“Çelye” – “Flora” 2:1
İlk oyun – 5:0

“Styaua” – “Virtus” 4:0
İlk oyun – 7:1

“Deçiç” – TNS 1:1
İlk oyun – 0:3

“Şemrok Rovers” – “Vikinqur” 2:1
İlk oyun – 0:0

Shares: