Ömər Paşayev AFFA-da yeni vəzifəsində fəaliyyətə başlayıb. Keçmiş FIFA referisi Hakimlər Departamentinin rəbəri təyin olunub.
Futbolinfo.az iki gün öncə bu barədə məlumat vermişdi. İndi isə AFFA-dan xəbəri təsdiqləyirlər. Qurumun saytında bununla bağlı rəsmi xəbər yazılmasa da, müraciət etdiyimiz mətbuat xidməti həqiqətən belə bir təyinatın reallaşdığını bildirib.
Paşayev Barış Şimsək Hakimlər Komitəsinin sədri olarkən qurumun üzvü idi. O, komitənin Talantlar Qrupunun rəhbəri kimi çalışıb.
Hakimlər Departamentinin əvvəlki rəhbəri Cavid Cəlilov idi. Bir müddət öncə onun işinə xitam verilib. Amma onun vəzifəsindən azad olunması da bugünədək rəsmən açıqlanmayıb.