Bu mövsüm transfer bazarında xeyli fəal olan “Əl Qədisiyyə” yeni futbolçu hədəfə alıb. Ərəblər “Boka Xuniors”dan Equi Fernandes istəyir.

Futbolinfo.az xəbər verir ki, asiyalılar yarımmüdafiəçi üçün 15 milyon dollar təklif edib. Amma məbləği 3 dəfəyə ödəmək istəyən müştəriyə “yox” deyilib. Argentinalılar 21 yaşlı yetirməsi üçün Avropadan daha yaxşı təklif gözləyir. Şəxsi müqaviləsinin şərtləri yaxşı olan futbolçu isə “Boka”dan ayrılmaq istəyir. “Əl Qədisiyyə” 15 milyonu birdəfəlik ödəmək istəsə, Cənubi Amerika klubunun razılaşmaqdan başqa çarəsi qalmaycaq. Çünki futbolçunun sərbəstqalma dəyəri məhz bu qədərdir.

Daha öncə Marsel “Olimpik” Fernandesə görə rədd cavabı almışdı.

Shares: