“Əl İttihad” “Roma”nın yarımmüdafiəçisi Hussem Auarı transfer etdiyini açıqlayıb. İtaliya təmsilçisində möhkəmlənə bilməyən 26 yaşlı əlcəzairli Asiyada oynayacaq.
Futbolinfo.az xəbər verir ki, ötən yay Lion “Olimpik”indən Romaya azad agent kimi köçən yarımmüdafiəçi üçün 12 milyon avro ödənilib. O, 4 illik müqavlə bağlayıb.
Ötən mövsüm Auar “Roma”nın heyətində 25 matçda 4 qol vurub. Futbolçu Fransa klubunun heyətində isə 233 oyun keçirib 41 qol vurmuşdu.