Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

Fubolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla dördüncü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir.

Komanda B Liqasının qruplarında ən yaxşı dördüncü yerin sahibi kimi bu hüquqa yiyələnib. İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan millisinin rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq.

Qeyd edək ki, birinci pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi ikinci pley-off mərhələsinə vəsiqə qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp