Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxacaq. B qrupunda yer alan komanda bu gün Niderland yığması ilə qarşılaşacaq.

Rumıniyadakı “Pitesti Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.

Shares: