“Barselona” UEFA-nın klubların müdafiəsi proqramından yararlanmağa hazırlaşır. Bu proqram sayəsində milli səviyyəsində beynəlxalq turnirlərdə zədələnən futbolçulara görə kompensasiya almaq mümkündür.
Kataloniya klubu Ronald Arauxo və Pedri üçün yüksək təzminat alacaq. Müdafiəçi Uruqvay millisnin heyətində Amerika Kubokunda, yarımmüdafiəçi Pedri isə Avropa çempionatında zədələnib.
Kompensasiyanın ümumi məbləği 3,2 milyon avro təşkil edəcək.