Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” iyulun 21-də və 24-də növbəti yoxlama oyunlarını keçirəcək.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda əvvəlcə Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq. Növbəti sparrinq isə Özbəkistan “Soqdiana”sı olacaq.

Qeyd edək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 gün istirahət etdikdən sonra Premyer Liqanın 1-ci turunda “Qarabağ”la keçiriləcək oyunun hazırlığına başlayacaq.

Shares: