Azərbaycanlı FIFA referisi Kamal Umudlunun Konfrans Liqasının I təsnifat mərhələsinin oyununa təyinatı ləğv olunub.
Futbolinfo.az xəbər verir ki, o, “Vlajniya” (Albaniya) ilə “Valyur” (İslandiya) arasında birincilərin meydanında baş tutacaq cavab qarşılaşmasını idarə etməyəcək. Qitə futbol qurumu görüşün hakimlər briqadasını dəyişib.
İyulun 18-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda təşkil olunacaq matça italiyalı hakimlər briqadası təyinat alıb. Dəyişikliyin səbəbi açıqlanmır.