ESPN 2000-ci ildən bəri ən yaxşı idmançıların siyahısını tərtib edib. Səsvermə bu şəkildə keçirilib: ekspertlərdən 2000-ci il yanvarın 1-dən öz idman növləri üzrə ən yaxşı idmançılara səs vermələri tələb edilib (həmin tarixə qədər əldə olunan nailiyyətlər nəzərə alınmayıb). Sorğuda iştirak edənlər bir neçə turda adları çəkilən iki namizəddən ən güclüsünü seçiblər.

Səsvermə nəticəsində hər idman növü üzrə 10-25 nəfərdən ibarət siyahılar tərtib edilib və onlar ümumi ilk 100-liyə daxil edilib. Dünən ESPN 76-100-cü yerləri tutan idmançıların adlarını açıqlamışdı. Bu gün isə 50-75-ci yerlərdə olanların siyahısı dərc edilib. Qalan yerlər haqqında daha sonra hissə-hissə məlumat veriləcək.

51-dən 75-ə qədər olan cədvəl belədir:

51. Stiv Neş, basketbol;

52. Adrian Beltre, beysbol;

53. Derek Jeter, beysbol;

54. Aleksandr Oveçkin, hokkey;

55. Luka Modriç, futbol;

56. Aleksia Putellas, futbol;

57. Kalvin Conson, Amerika futbolu;

58. JJ Vatt, Amerika futbolu;

59. Mariano Rivera, beysbol;

60. Kandeys Parker, basketbol;

61. Rey Lyuis, Amerika futbolu;

62. Şohei Ohtani, beysbol;

63. Allison Feliks, yüngül atletika;

64. Mia Hamm, futbol;

65. Kilian Mbappe, futbol;

66. Con Cons, MMA;

67. Ceyms Harden, basketbol;

68. Fil Mikelson, qolf;

69. Ceyson Kidd, basketbol;

70. Andres İnyesta, futbol;

71. Menni Pakyao, boksçu;

72. Şonn Vayt, snouboard;

73. Muki Betts, beysbol;

74. Lisa Leslie, basketbol;

75. Xavi, futbol.

Shares: