Azərbaycan yığmasının Millətlər Liqasında Estoniya ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Tallin şəhərində təşkil olunacaq. Belə ki, C Liqasının 1-ci qrupunda yer alan komandaların 3-cü turdakı dueli oktyabrın 11-də “Le Kok Arena”da baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.