Bu həftəsonu Formula 1 üzrə dünya çempionatının mərhələsi Macarıstanda baş tutacaq. Qran-prinin bütün biletləri artıq yanvar ayında satılıb. Bu il də ötən il olduğu kimi anşlaq gözlənilir.
Macarıstan mərhələsinin icraçı direktoru və “Hungaroring Sport Zrt”nin prezidenti Zsolt Gyulai mətbuat konfransında trassın yenidən qurulmasının birinci hissəsinin uğurla başa çatmasından danışıb.
“Kommunikasiya şəbəkələrin quraşdırılması, eləcə də əsas girişdə və ona bitişik binada işlər tam başa çatıb. Bununla belə, müxtəlif növ daxili işlər noyabrın 30-dək davam edəcək. Bundan əlavə, start-finiş düzlüyü sahəsində Super Gold tribunasının arxasındakı yer əhəmiyyətli dərəcədə genişləndirilib. Orada mədəni proqram çərçivəsində konsertlər keçiriləcək.
4 və 12-ci döngələrin gediş zonalarında səth dəyişdirilib, pit kompleksinin 1986-cı ildə tikilmiş əsas binası yarışdan sonra söküləcək.
Yeni binanın eni 9 metr artacaq və daha geniş qarajlar olacaq. Bu, gələn köhnə binada keçirəcəyimiz sonuncu həftəsonu olacaq”, – deyə Gyulai bildirib.
Mətbuat konfransında qran-pridən sonra qalib və mükafatçıların alacaqları kuboklar da təqdim olunub. Bunlar “Herend Porcelain Manufactory” tərəfindən hazırlanmış tutqun qızılı rənglə bəzədilmiş, hər biri on minlərlə avro dəyərində olan zərif qədəhlərdən ibarət əl işidir. Qalib komanda üçün nəzərdə tutulan kuboklar və mükafatlar, trassın konfiqurasiyasının elementlərinin də əks olunduğu neoklassik üslubda hazırlanmışdır.