“Qarabağ”ın hücumçusu Juninyo Olavio Moskva “Lokomotiv”inin transfer gündəmində olub.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “dəmiryolçular” yay fasiləsində ön xətti braziliyalı ilə gücləndirməyi düşünüb. Lakin moskvalılar son anda bu keçiddən imtina ediblər. Rusiya təmsilçisi Juninyonun transfer qiymətini öyrəndikdən sonra fikirlərini dəyişiblər. Forvardın dəyəri 2 milyon avroya bərabər olsa da, “Qarabağ” onun satışından daha çox gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, 27 yaşlı forvard ötən mövsüm 20 qolla Misli Premyer Liqasının bombardiri olub.

Shares: