PSJ yenidən Viktor Osimhen üçün hərəkətə keçirib. Qısa sakitlikdən sonra Fransa çempionu, nigeriyalı hücumçu üçün real addımlar atmağı düşünür.
Futbolinfo.az xəbər verir ki, “Napoli” forvardı buraxmaq istəmir. Lakin parislilərin israrı ilə yanaşı, oyunçunun özünün də getməyə can atması vəziyyət qəlizləşdirib.
PSJ Osimhen üçün bazarlıq etmək niyyətindədir. Futbolçunun sərbəstqalma dəyəri 130 milyon avrodur. Amma Fransa klubu buna yaxın bir məbləğə razılıq əldə edəcəyini düşünür.