Növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin yoxlama oyunu keçirəcəyi növbəti komanda müəyyənləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şamaxı” Polşa “Pelikan”ı ilə qarşılaşacaq. 3-cü liqa təmsilçisi ilə oyun 20 iyul, saat 18:00-da Şamaxı şəhər stadionunda start götürəcək.

“Şamaxı” bu yay ilk yoxlama matçında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

Shares: