“Qarabağ”ın futbolçusu Patrik Andrade klubun saytına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Kabo verdeli yarımmüdafiəçi yeni mövsümün hazırlıq prosesini və Avstriyada keçirilən yoxlama oyunlarını dəyərləndirib.

31 yaşlı orta sahə oyunçusu bunları dilə gətirib:

“Hazırlıq prosesinin həm Bakı, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə gedir. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kiçi keçir. Hamımızın məqsədi eynidir ki, Çempionlar Liqasında uğurlu çıxışla Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil edək, həmçinin azarkeşlərimizi sevindirək. Ümid edirəm ki, əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven”lə bugünkü matçda istədidiklərimizin böyük hissəsini göstərə bildik”.

Andrade formasını bərpa etmək üzrə olduğunu və tezliklə istənilən səviyyəyə çatacağına inandığını əlavə edib. Kabo-verdeli yarımmüdafiəçi “Qarabağ”ın hədəflərindən də söz açıb:

“Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Gəlin hədəfimizə bir yerdə çataq”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la qarşılaşacaq.

Shares: