Dünən Çempionlar Liqası və Konfrans Liqasının I təsnifat mərhələsində ümumilikdə 8 oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqində yenilənmə olub.

Slovakiya, Latviya, Litva, Gürcüstan və Belarus cədvəldə irəliləyiblər. Əvəzində Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Lixtenşteyn, Uels və Cəbəllütariqdə geriləmə müşahidə edilib.

Azərbaycan 25-ci pillədəki mövqeyində qalıb. Yeni başlayan mövsümdə aktivində 0.250 xal olan ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən, 17.000 əmsala malikdir. Azərbaycan özündən öndə olan Slovakiya və Macarıstandan cəmi 0.375 xal geridədir.

Qeyd edək ki, UEFA reytinqinə 89.160 əmsalla İngiltərə başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp