Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütləri dəqiqləşib. Bu mərhələdən Liqa yolu ilə mübarizəyə də start veriləcək.
Azərbaycan çempionu “Qarabağ”ın rəqibinin “Linkoln” (Cəbəllütariq) olduğundan xəbərdarsız. Türkiyə təmsilçisi “Fənərbağça” isə “Luqano” ilə qarşılaşacaq.
II təsnifat mərhələsi
Çempionlar yolu
“Linkoln” – “Qarabağ”
“Lüdoqorets” – “Dinamo” Minsk
APOEL – “Petrokub”
“Ferentsvaroş” – TNS
PAOK – “Borats”
“Bodo Qlimt” – RFŞ
“Malmö” – “Klaksvik”
“Şemrok Rovers” – “Sparta”
“Santa Koloma” – “Midtulland”
“Selye” – “Slovan”
“Panevejis” – “Yagellonya”
“Styaua” – “Makkabi” T-Ə
Liqa yolu
“Luqano” – “Fənərbağça”
“Dinamo” Kiyev – “Partizan”
Bu raundun görüşləri iyulun 23-24-də və 30-31-də keçiriləcək.