PSJ Joao Neveşi transfer etmək istəyindən vaz keçmir. Kilian Mbappenin gedişindən sonra istedadlı gənclərdən ibarət yen heyət qurmaq istəyən parislilərin əsas hədəflərindən biri məhz portuqaliyalıdır.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Luis Enrikenin israrla istədiyi yarımmüdafiəçini buraxması üçün “Benfika”ya 55 milyon avro təklif edilib. Amma lissabonlular 19 yaşlı yetirməsini indi əldən buraxmaq niyyətində deyil. Futbolçu ilə mövcud müqavilə 2028-ci ldə bitəcək və növbəti mövsümlərdə onun qiymətinin ikiqat artması ehtimalı var.

Amma PSJ məbləği bir qədər artırmaqla transferi bu yay bitirməyə ümidlidir. Klub rəsmiləri həftə ərzində növbəti dəfə “Benfika”nın qapısını döyəcək.

Shares: