ESPN 2000-ci ildən bəri ən yaxşı idmançıların siyahısını tərtib edib. Səsvermə bu şəkildə keçirilib: ekspertlərdən 2000-ci il yanvarın 1-dən öz idman növləri üzrə ən yaxşı idmançılara səs vermələri tələb edilib (həmin tarixə qədər əldə olunan nailiyyətlər nəzərə alınmayıb). Sorğuda iştirak edənlər bir neçə turda adları çəkilən iki namizəddən ən güclüsünü seçiblər.

Səsvermə nəticəsində hər idman növü üzrə 10-25 nəfərdən ibarət siyahılar tərtib edilib və onlar ümumi ilk 100-liyə daxil edilib. ESPN artıq 51-100-cü yerləri tutan idmançıların adlarını açıqlamışdı. Bu gün isə 26-50-ci yerlərdə olanların siyahısı dərc edilib. Qalan yerlər haqqında daha sonra məlumat veriləcək.

Beləliklə, 26-50-ci yerlərdə qərarlaşan idmançılar bunlardır:

26. Peyton Manninq, Amerika futbolu;

27. Rendi Moss, Amerika futbolu;

28. Nikola Yokiç, basketbol;

29. Mixael Şumaxer, avtoidman;

30. Mayk Trout, beysbol;

31. Kleyton Kerşou, beysbol;

32. Marta, futbol;

33. Migel Kabrera, beysbol;

34. Tamika Katçinqs, basketbol;

35. Deyn Veyd, basketbol;

36. Maya Mur, basketbol;

37. İçiro Suzuki, beysbol;

38. Barri Bonds, beysbol;

39. Kevin Dürant, basketbol;

40. Castin Verlander, beysbol;

41. Dirk Novitzki, basketbol;

42. Yannis Antetokumbo, basketbol;

43. Aleks Rodriges, beysbol;

44. Mikaela Şiffrin, xizək sürmə;

45. David Ortiz, beysbol;

46. Maks Şerzer, beysbol;

47. Cimmi Conson, avtoidman;

48. Tierri Anri, futbol;

49. Aitana Bonmati, futbol;

50. Zinəddin Zidan, futbol.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp