“Filadelfiya Yunion” klubunun futbolçusu Kavan Sallivan ABŞ-nin əsas çempionatı olan MLS-in tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi MLS tarixində meydana çıxan ən gənc futbolçu olub.

O, bunu “Nyu-İnqlend Revolyuşn” ilə oyunda reallaşdırıb. Futbolçu bu matçda meydana çıxarkən 14 yaş 293 günlüyündə olub. Sallivan 85-ci dəqiqədə Taya Baribonu əvəzləyib.

Bundan əvvəlki rekord ABŞ millisinin sabiq üzvü Freddi Aduya məxsus idi. “DC Yunayted”in sabiq futbolçusu 2004-cü ildə, 14 yaş 306 günlüyündə olarkən “San Xose”yə qarşı oyunda meydana çıxıb və uzun müddət bu rekordun sahibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp