“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la cavab oyununun təyinatları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, UEFA Macarıstanda keçiriləcək qarşılaşmanı İsveçdən olan hakimlər briqadasına həvalə edib.

İyulun 31-də “Şoşto Arena”da təşkil olunacaq matçda ədaləti Kristoffer Karlsson qoruyacaq. Ona Mikael Hallin və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 25-də Sumqayıtda keçiriləcək.

Shares: