“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” bir futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az Moldova mətbuatına istinadən xəbər verir ki, hücumçu Terri Nevers karyerasını Xorvatiyada davam etdirəcək.

22 yaşlı ingiltərəli forvard “Varajdin” klubu ilə anlaşıb. Nevers yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Bu ilin ilk 6 ayında “Şerif”in formasını geyinən ön xətt oyunçusu 10 oyunda 1 qol vurub.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında cavab oyunu bu gün “Liv Bona Dea Arena”da keçiriləcək. Moldovadakı ilk görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp