“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə cavab oyununun təyinatları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.

Avqustun 1-də “Bank Respublika Arena”da təşkil olunacaq matçı Peter Kraloviç idarə edəcək. Tomaş Straka və Matey Zemko yan xətt, Boris Marhefka isə dördüncü hakim qismində iş başında olacaq.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp