İtaliyanın “Verona” klubunun müdafiəçisi Xuan Kabal A Seriyasının digər komandası “Yuventus”a transfer olunub.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün artıq Turin şəhərinə yollanıb.

“Yuventus” kolumbiyalı futbolçunun transferi üçün 10 milyon avro ödəyəcək. Anlaşmaya əsasən “Verona” bonus olaraq daha 2 milyon avro qazanacaq.

2022-ci ildən “Verona” klubunun formasını geyinən Kabal bu müddət ərzində 33 oyunda meydana çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp