“Panatinaikos”un baş məşqçisi Ergin Ataman Milli Basketbol Assosasiyasının çempionu “Boston Seltiks”ə meydan oxuyub.

“MBA-da çempion olduqdan sonra “Seltiks”in belə bir tviti yayılmışdı: “Boston dünya çempionudur”. Avroliqa da bizim fotomuzla “Əvvəlcə bu komandanı məğlub et” yazaraq çox düzgün cavab verdi.

Özləri haqqında çox yüksək fikirdədirlər. Onlar gəlib Avropada oynamaq üçün böyük məbləğdə pul istəyirlər. Siz dünya çempionu deyilsiniz. Dünya çempionu olmaq istəyirsənsə, gəlin bizi, Avroliqa çempionunu məğlub edin. Əgər özünüzə bu qədər arxayınsınızsa, gəlin “OAKA Arena”da bizi məğlub edin”, – deyə “Panatinaikos”un baş məşqçisi bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp