Kazis Maksvytis Litva millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

47 yaşlı litvalı mütəxəssis komandanın 2023-cü il dünya çempionatında altıncı yeri tutmasından və 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazana bilməməsindən sonra belə bir addım atıb.

Maksvitis 2021-ci ilin sentyabrından Litva millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda EuroBasket 2022-də 15-ci, 2023-cü il dünya çempionatında isə altıncı yeri tutub. Üç il ərzində Litva rəsmi turnirlərdə 20 qələbə qazanıb və 8 məğlubiyyətlə üzləşib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp