“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun səfər görüşü macarıstanlı hakimlərə həvalə olunub.

İyulun 23-də baş tutacaq qarşılaşmanı İstvan Vad idarə edəcək. Ona Vencel Toth və İstvan Albert kömək edəcəklər. Matçın dördüncü hakimi Bense Csonka olacaq.

Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Bu komandaların cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq.

Shares: