Parisdə keçiriləcək Olimpiya Oyunlarında kişilər arasında tennis turnirində iştirak edəcək cütlüklər müəyyənləşib. Siyahı Beynəlxalq Tennis Federasiyasının saytında dərc olunub.
2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında cütlüklərdə qızıl medal qazanan Nikola Mektiç və Mate Paviç Parisdə də birlikdə çıxış edəcəklər.
Olimpiya turnirinin digər maraq doğuran cütlükləri:
Yannik Sinner və Lorenzo Musetti (İtaliya);
Karlos Alkaras və Rafael Nadal (İspaniya);
Aleksandr Bublik və Aleksandr Nedovesov (Qazaxıstan);
Aleks de Minaur və Aleksey Popırin (Avstraliya);
Feliks Ojye-Aliassim və Miloş Raoniç (Kanada);
Daniel Evans və Endi Marrey (Böyük Britaniya);
Stefanos Tsitsipas və Petros Tsitsipas (Yunanıstan);
Hubert Hurkaç və Yan Zielinski (Polşa);
Teylor Fritz və Tommi Poul (ABŞ).
Olimpiya tennis turniri iyulun 27-dən avqustun 4-dək “Rolan Qarros”un torpaq kortlarında keçiriləcək.