Zlatan İbrahimoviçin oğlu Maksimilian “Milan”la müqavilə imzalayıb.

17 yaşlı futbolçunun “rossonyeri” ilə ilk peşəkar müqaviləsi onun gənclər komandasına qoşulmasından xəbər verir. Zlatanın oğlu əvvəllər “Milan”ın müxtəlif yaş qruplarından ibarət gənclər komandalarında çıxış edib.

Xatırladaq ki, ata İbrahimoviç karyerasını məhz “Milan”da başa vurub. O, indi də İtaliya klubunda çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp