“Real” sağ cinah müdafiəçisi Lukas Vaskeslə yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

32 yaşlı futbolçunun yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Lukas “Real”a 2007-ci ildə, 17 yaşında ikən keçib. Ötən mövsüm Vaskes bütün yarışlarda 38 oyuna çıxıb, 3 qol vurub, 8 qolun ötürməsini verib. Futbolçunun klubla əvvəlki müqaviləsi 2024-cü ilin yayına kimi idi.

Shares: