İlkin Qırtımov yeni mövsümü “Kəpəz”in heyətində keçirəcək. Premyer Liqanı tərk edən “Qəbələ”dən ayrılan təcrübəli müdafiəçi gəncəlilərlə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, tərəflər bir illik müqaviləni razılaşdırıblar. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim L’Kuça, Məmməd Hüseynov, Lassana Ndiaye kimi oyunçularla güclənən “Kəpəz” azı daha 3 legioner gətirməyi düşünür. Onlardan birinin adı bəlldir. Redon Mihana ilə razılıq əldə olunub. 28 yaşlı alban sağ cinah müdafiəçisi qarşıdakı mövsümü “sarı-göylər”də keçirəcək.