İspaniya millisinin heyətində dünya və Avropa çempionu Pepe Reynanın yeni klubu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 41 yaşlı qolkiper “Komo” ilə müqavilə imzalayıb.

Bu barədə klubun saytı məlumat yayıb. Qapıçı ilə sözləşmə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“Komo”ya Reynanın keçmiş milli komanda yoldaşı Sesk Fabreqas başçılıq edir. Komandada Avropa çempionu Andrea Belotti də var.

Reyna karyerası ərzində “Barselona”, “Vilyarreal”, “Napoli”, “Liverpul”, “Bayern”, “Milan”, “Aston Villa” və “Latsio”da çıxış edib.

Shares: