Danimarka millisinin qapıçısı Kasper Şmeyhelin yeni klubu müəyyənləşib. 37 yaşlı qolkiper karyerasını “Seltik”də davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, o, yeni klubu ilə bir illik müqavilə imzalayıb. Anlaşmanı daha bir illik uzatmaq mümkündür.

Bir çox ingilis klubunda çıxış etmiş Kasper 11 il formasını geydiyi “Lester”lə Premyer Liqa çempionu olmuşdu. Son iki mövsümü “Nitsa” və “Anderlext”də keçirən Şmeyhel, Avropa Çempionatında hələ də yeksək səviyyədə oynadığını isbat etdiyindən, Şotlandiya nəhənginin diqqətini çəkib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp