Avrokuboklarda I təsnifat mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan 25-ci pillədə qalıb.

“Zirə”nin Avropa Liqasının I raundunun cavab oyununda “Şerif”ə evdə məğlub olması aktivimizə xal yazmağa imkan verməyib. Cari mövsüm hələlik yalnız 0,250 əmsala malikik. Son 5 ilin göstəricilərinə görə, 17.000 əmsalı olan Azərbaycan Slovakiyaya yaxınlaşmaq şansını qaçırıb. Hətta 23-cü sıradakı Macarıstan xallarının sayını 17.625-ə çatdıraraq, bir qədər uzaqlaşıb.

Dünən baş tutan oyunların ardından İrlandiya, Latviya, Litva, Albaniya, Gürcüstan və Belarus irəliləyib, Kosovo, Bosniya və Herseqovina, Lixtenşteyn, Şimali Makedoniya, Uels və Cəbəllüttariq isə geriləyiblər.

UEFA reytinqinə 89.160 əmsalla İngiltərə başçılıq edir.

Shares: