“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “Dunayska Ştreda” klubu ilə keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 1-də “DAC Arena”da keçiriləcək görüş şimali makedoniyalı referilərə tapşırılıb.
Qarşılaşmada ədaləti Yovan Kaçevski qoruyacaq. Ona Slaqjan Markoski və Branko Putilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvana Projkovska yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldova klubu “Şerif”ə məğlub olduğundan, mübarizəni Konfrans Liqasında davam etdirəcək.