“Mançester Siti” daha bir transfer reallaşdırıb. Ötən mövsüm “Jirona”nın heyətində La Liqada əla oyun göstərən Savio bundan sonra İngiltərədə çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı vinger üçün 25 milyon avro ödənilib. “Atletiko Mineyro” yetirməsi olan braziliyalı ilə 5 illik müqavilə bağlanıb.
Futbolçu “Trua”ya məxsus olsa da, Fransada oynaya bilməyib. Klubu onu öncə PSV-yə, ötən il də “Jirona”ya icarəyə vermişdi. Savio 2 il öncə fransızlara 6,5 milyon avroya başa gəlmişdi.