Məşhur müğənni Rianna, şəxsi brendi “Fenty Beauty”nin Parisdə keçirilən Olimpiya Oyunlarının tərəfdaşına çevrildiyini açıqlayıb.
Rianna sosial media səhifəsində bununla bağlı belə bir paylaşım edib: “Fenty Beauty-nin Parisdə keçirilən Olimpiya və Paralimpiya oyunlarının tərəfdaşı olduğunu elan etməkdən qürur duyuram”.
Belə bir tərəfdaşlıq mükafatçılara veriləcək hədiyyələrdən ibarət olacaq.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.