Olimpiadanın açılış mərasimində neytral idmançılar paradda iştirak etməyəcəklər. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti məlumat yayıb.
Olimpiya Oyunlarında 15 Rusiya və 16 Belarus idmançısı neytral statusda mübarizə aparacaq.
Rusiyadan neytral idmançıların siyahısına Tamara Dronova, Alena İvançenko, Qleb Syuritsa (hamısı velosiped), Anjela Bladtseva (batut), Daniil Medvedev, Roman Safiullin, Yekaterina Aleksandrova, Mirra Andreeva, Pavel Kotov, Diana Şnayder, Yelena Vesnina (hamısı tennis), Zaxar Petrov, Aleksey Korovaşkov, Olesya Romasenko (hamısı – kayak və kanoe) və Yevgeni Somov (üzgüçülük) daxil edilib.
“Fərdi Neytral İdmançılar (AİN) fərdi idmançı olduqları üçün açılış mərasimi zamanı komanda paradında iştirak etməyəcəklər. Amma onlara bu hadisəni yaşamaq imkanı veriləcək. Bu, 1992-ci il Barselona Olimpiadasından bəri müstəqil olimpiya iştirakçılarına qarşı tətbiq edilən eyni ssenaridir”, – deyə BOK bəyanatında bildirib.