Qazaxıstan yığmasının baş məşqçisi Stanislav Çerçesov təyinatı ilə bağlı Rusiya mətbuatına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis seçiminin səbəbini izah edib.
O, həmin ərəfədə Azərbaycandan təklifinin olduğunu bir daha açıqlayıb: “Ferensvaroş”dan gedəndən sonra dedim ki, rusdilli ölkələrdə çalışmaq istəyirəm. Çoxları elə başa düşdü ki, Rusiyanı nəzərdə tuturam. O deyil ki, ingilis və ya alman dilini sevmirəm. Sadəcə, fikirlərimi öz dilimdə çatdırmaq istəyirəm. Azərbaycandan maraq var idi, maraqlı variant olardı. Ancaq təklifdə konkretlik yox idi. Rusiyadan isə heç bir böyük klubdan əlaqə saxlayan olmadı. Qazaxıstan rusdilli ölkə olduğundan, seçimimi etdim”.
Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Stanislav Çerçesovun adı bir müddət Azərbaycan millisi ilə birgə hallanırdı.